Yazını böyüt
Yazını kiçilt
Amerika qüvvələri 17 iyul gecəsi İrandakı hədəflərə qarşı "daha bir genişmiqyaslı zərbə dalğası" barədə məlumat verib.
Hafta.az xəbər verir ki, mərkəzi Komandanlığın (CENTCOM) açıqlamasında sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla "onlarla İran hərbi qurğusunun" vurulduğu bildirilib.
İranın "Fars" xəbər agentliyinin məlumatına görə, Amerika hücumları zamanı cənubdakı Hörmüzqan əyalətindəki bir neçə körpü zədələnib. Bunlardan bir neçəsi İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üçün dəniz bazasının yerləşdiyi Hörmüz boğazındakı sahil şəhəri Bəndər Abbasa aparan yollarda yerləşirdi.